Parlament Portuqaliya hökumətinə etimad göstərməyib
Portuqaliya parlamenti baş nazir Luis Monteneqro hökumətinə etimad göstərməyib.
APA xəbər verir ki, hələ bir ilini tamamlamamış hökumətin səsverməni keçə bilməməsinin səbəbi baş nazir Monteneqronun təsisçisi olduğu və siyasətə gəldikdən sonra səhmlərini həyat yoldaşı və iki uşağına verdiyi "Spinumviva" adlı ailə şirkəti ilə bağlı olan korrupsiya iddiaları olub.
Ümumilikdə 230 deputatın olduğu Parlamentdə 142 nəfərin əleyhinə, 88 nəfərin isə lehinə səsi ilə hökumət Parlamentin etimadını qazana bilməyib.
Portuqaliyada diktaturanın sona çatması və 1974-cü ildə demokratiyanın qurulmasından sonra ikinci dəfədir ki, bir hökumət etimad səsverməsində istefaya göndərilir.
Qeyd edək ki, analoji hal 48 il əvvəl 1977-ci ildə olub.
Oxşar xəbərlər
Bu gün Gürcüstan parlamentində hökumətin tərkibinə etimad səsverməsi keçiriləcək
Livan parlamenti yeni hökumətə etimad göstərib
“Fransızlar nəyə etimad edirlər” adlı ictimai rəy sorğusunun nəticələri
Sabahdan etibarən Gürcüstan parlamenti hökumətə etimad proseduruna başlayacaq
Fransada Makronun reytinqi 25%-ə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













