sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Donetsk vilayətinin bombalanması nəticəsində 11 dinc sakin həlak olub - VİDEO
Rusiya qoşunlarının cümə günü axşam saatlarında Ukraynanın Donetsk vilayətinin Dobropillya şəhərinin mərkəzi hissəsinə zərbələr endirməsi nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
APA xəbər verir ki, bu haqda məlumat Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatında deyilir.
“Səkkiz beşmərtəbəli binaya, bir inzibati binaya və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin hadisələr zamanı 4 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat vermişdi.
Oxşar xəbərlər
Donetsk vilayətində avtobus qəzasında 3 nəfər ölüb, 26 nəfər yaralanıb
Dəməşqdəki binaya hava hücumu nəticəsində 7 nəfərin öldüyünü, 11 nəfərin yaralandığı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
