Ukrayna parlamenti Trampa rəsmi müraciət ünvanlayıb
Ukrayna parlamentinin rəhbərliyi ABŞ prezidenti Donald Trampa, Konqresə və amerikalılara müraciət dərc edib.
Sizinxeber.az xəbər verir ki, Ali Radanın saytında dərc olunan sənəddə ABŞ-nin Ukrayna tarixinin ən çətin dönəmində ona dəstək verməsi həlledici əhəmiyyət kəsb edir.
Ali Rada həmçinin Ukrayna xalqı adından ABŞ-yə ölkənin müstəqilliyini dəstəklədiyinə və hərbi yardım göstərdiyinə görə təşəkkür edir.
"Ukrayna böyük Amerika xalqının ABŞ-nin qlobal liderliyinin hərtərəfli bərpası ilə bağlı istəklərinə dərin hörmətlə yanaşır. Eyni zamanda, biz qəti şəkildə inanırıq ki, ABŞ-nin beynəlxalq aləmdə liderliyi azadlıq və demokratiya ideallarının qorunması, beynəlxalq müqavilələrə əməl olunması, müttəfiqlər və dostlarla münasibətlərdə etibarlılıq ilə qırılmaz şəkildə bağlıdır", - sənəddə deyilir.
Ali Rada vurğulayıb ki, Ukraynanın təhlükəsizliyi və sabit inkişafı ABŞ-nin dəstəyi ilə təmin edilir və bu, bu gün Ukrayna xalqı və ordusu, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi üçün həmişəkindən daha vacibdir.
Müraciətdə qeyd olunur ki, ukraynalılar Trampın şəxsi rolunun və onun səylərinin Ukrayna, Avropa və bütün dünya üçün hərbi əməliyyatların tez bir zamanda dayandırılmasında və sülhün əldə olunmasında həlledici olacağına inanırlar.
Oxşar xəbərlər
Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
Bakıda Ukrayna Kino Günlərinin açılış mərasimi olub
Bakıda Ukrayna Kino Günlərinin açılış mərasimi keçirilib
Ukrayna Prezident Aparatının rəhbəri: Donald Trampın ABŞ seçkilərində mümkün qələbəsindən qorxmuruq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













