Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq
sizinxeber.az xəbər saytı

Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq


Böyük Britaniya hökuməti fevralın 24-də Ukraynaya növbəti hərbi yardım və Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edəcək.

APA xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.

"Biz həmişə demişik ki, biz Ukraynaya mümkün olan ən güclü mövqedə olmağa kömək etmək istəyirik. Bu, istər danışıqlara başlamaq, istərsə də döyüşü davam etdirmək mövqeyidir. Bu variantlardan hansının müzakirə olunacağını hələ bilmirik. Bununla belə, Ukraynaya kömək etməyə davam etmək düzgün olardı", - Britaniya hökumətindəki mənbə nəşrə deyib

Qeyd edək ki, baş nazir Keir Starmerin kabineti ABŞ və Ukrayna arasında münasibətlərin əhəmiyyətli dərəcədə mürəkkəbləşməsinə baxmayaraq, Kiyevə dəstək kursunu davam etdirmək niyyətindədir.

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya 286 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq
Bayden administrasiyası Ukraynaya son yardım paketini yanvarın 9-da elan edəcək
KİV: ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək
Bayden administrasiyası Ukraynaya son hərbi yardım paketini elan edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər