sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Starmer: ABŞ Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsinə zəmanət verməlidir
Avropa ölkələrinin silahlı qüvvələrinin Ukraynada mümkün yerləşdirilməsinə Vaşinqton zəmanət verməlidir.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer mətbuata müsahibəsi zamanı deyib.
"Davamlı sülh sazişi olarsa, Britaniya qüvvələrinin Ukraynada digər ölkələrlə birlikdə yerləşdirilməsini nəzərdən keçirməyə hazıram. Lakin bu, birmənalı olaraq ABŞ tərəfindən dəstəklənməlidir, çünki ABŞ-nin təhlükəsizlik zəmanətləri Rusiyanın Ukraynaya yenidən hücum etməsinə mane olacaq yeganə şeydir", - o bildirib.
Starmer gələn həftə Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla davamlı sülhün əsas elementlərini müzakirə edəcəyini bildirib.
Oxşar xəbərlər
Britaniya Baş naziri Berlinə səfər edib, Şoltsla görüşüb
Kir Starmer: Britaniya Ukraynada qoşun yerləşdirməyə hazırdır
Böyük Britaniya və Aİ liderləri görüşəcək
Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək
Britaniya Ukraynaya sülhməramlıları göndərməyə hazır olduğunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













