Almaniya kansleri Ukraynada sülhün şərtini açıqlayıb
sizinxeber.az xəbər saytı

Almaniya kansleri Ukraynada sülhün şərtini açıqlayıb


Ukraynada sülh yalnız suverenliyi qorunacağı halda mümkündür.

Sizinxeber.az “Agence France-Presse”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib.

“Diktə olunmuş sülhə heç bir halda dəstək verməyəcəyik” – o deyib.

O eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında Avropanı zəiflədəcək hər hansı üsulun qəbul edilməyəcəyini açıqlayıb.

“Biz öz maraqlarımızı qoruyacaq və Ukraynaya dəstəyi davam etdirəcəyik”.

Kansler həmçinin ölkəsində keçiriləcək növbəti Parlament seçkisinə kənar müdaxilələrin yolverilməzliyindən də danışıb.

O. Şolts həmçinin Avropada söz azadlığı anlayışını şərh edib:

“Bizim regionda söz azadlığı anlayışı insanların bir-birini qanunvericiliyə zidd formada hədəfə almamasını özündə ehtiva edir”.

Oxşar xəbərlər

Almaniya kansleri: Rusiya Ukraynada bütün məsələlərdə uduzdu
KİV: "Şolts planı" Ukrayna məsələsində "status-kvo"nun saxlanılmasını nəzərdə tutur
Almaniya Ukraynaya 683 milyon dollar hərbi yardım ayıracaq
Şolts: Almaniya qoşunlarını Ukraynaya göndərməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər