Zelenski: Səudiyyə Ərəbistanında Rusiya və ya ABŞ-la görüşlərim nəzərdə tutulmur
“ABŞ ilə birlikdə Vladimir Putinə təzyiq göstərməyin yollarını müzakirə edib, konkret addımlar atmasaq, Qərb kostyumlarını hərbi geyim formasına dəyişməli olacaq”.
Sizinxeber.az “insider.ua”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O həmçinin bildirib ki, NATO-ya üzv deyilsə, ölkəsinin 500 min nəfərlik orduya ehtiyacı var.
Ukrayna lideri döyüş meydanındakı vəziyyəti də şərh edib. O bildirib ki, son günlər Pokrovsk istiqamətində vəziyyət kifayət qədər yaxşıdır:
“Hazırda əsgərlərimiz bütün dünyaya danışmağa və kostyum geyinməyə vaxt verir. Düşünürəm ki, ABŞ ilə birlikdə Vladimir Putinə təzyiq göstərməyin yollarını müzakirə edib konkret addımlar atmalıyıq. Əks halda Qərb kostyumlarını hərbi geyim formasına dəyişməli olacaq. Mən ABŞ-nin əlində müharibənin dayandırılması üçün hazır plan görmürəm. Mənim Səudiyyə Ərəbistanına səfərim olacaq, amma orada Rusiya və ya ABŞ tərəfi ilə görüşlərim nəzərdə tutulmur”.
Oxşar xəbərlər
Zelenski: Şimali Koreya işğalda olan ərazilərimizdə Rusiya hərbçilərinə təlim keçir
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib
Zelenski: Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib
Zelenski Kulebanın istefasına aydınlıq gətirib
Zelenski: Döyüş meydanındakı vəziyyət 2025-ci ildə müharibəni bitirmək üçün imkan yaradır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
