Rəsmi Tbilisi: Vaşinqtonun hazırkı addımları Gürcüstanın haqlı olmasının etirafıdır
sizinxeber.az xəbər saytı

Rəsmi Tbilisi: Vaşinqtonun hazırkı addımları Gürcüstanın haqlı olmasının etirafıdır


Vaşinqtonun hazırkı addımları və bəyanatları uzun müddətdir səsləndirdiyimiz faktların və mövqeyimizin haqlı olmasının etirafıdır.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın XİN başçısı Maka Boçorişvili jurnalistlərə açıqlamasında belə deyib.

O, ABŞ hökumətinin xarici ölkələrin maliyyələşdirilməsində nöqsanlara yol verildiyini, vəsaitlərin müxtəlif ölkələrin daxili siyasətində düzgün olmayan məqsədlərə sərf edildiyini təsdiqlədiyini vurğulayıb.

"Biz təbii ki, öz ölkəmizdən, müxtəlif donorların Gürcüstanda oynadığı mənfi roldan danışırdıq və bu gün görürük ki, eyni məsələlər Vaşinqtonda da çox fəal müzakirə olunur. İndi bu haqda yalnız danışılmır, hə də konkret qərarlar qəbul edilir", - nazir Boçorişvili qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
XİN rəhbəri: Gürcüstanda “Maydan” ssenarisi sadəcə müzakirə edilməyib, həm də buna hazırlıqlar görülüb
Gürcüstan XİN başçısı bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək
Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb
Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər