KİV: Effektiv cavab tədbirləri üçün Ukrayna ordusunun 10 dəfə daha çox canlı qüvvəyə ehtiyacı var
“Rusiyaya qarşı daha effektiv cavab tədbirləri üçün Ukrayna ordusunun 10 dəfə daha çox canlı qüvvəyə ehtiyacı var”.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin məqaləsində bildirilir.
Yazı müəllifi hazırda Ukrayna tərəfinin şəxsi heyət çatışmazlığı ilə üzləşdiyini, habelə tərəflər arasında qüvvələr nisbətinin 1/10-a bərabər olduğunu da qeyd edib. Məqalədə həmçinin Ukraynada pilotsuz uçuş aparatları(PUA) ilə bağlı ciddi problemlərin mövcudluğuna diqqət çəkilib:
“PUA-lar insanı müəyyən məqamadək əvəz edə bilir. Ötən ayın sonlarında əməkdaşımız Ukraynanın 60-cı mexanikləşdirilmiş briqdasasının PUA-lar bölüyünün şəxsi heyəti ilə görüşüb. Bölük komandiri bildirib ki, çatışmazlıq səbəbindən Rusiya ordusunun şəxsi heyəti müəyyən sahələrdə pilotsuz uçuş aparatlarının hədəfindən yayınaraq irəli keçməyə nail olur. Əksər hallarda da Rusiya tərəfi PUA-ları aşkarlayıb zərərsizləşdirir. Ukrayna ordusunun müxtəlif cinahlarının möhkəmləndirilməsi də məhz şəxsi heyətin azlığı səbəbindən mümkünsüzdür. Üstəlik, 40-50 yaşlı döyüşçülərdə ruh yüksəkliyi yoxdur. Əsas narahatlıq şəxsi heyət çatışmazlığı ilə bağlıdır”.
Oxşar xəbərlər
KİV: Rusiya ordusunun 5000 nəfərədək şəxsi heyəti Ukraynadan çıxarılıb
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
Ukrayna ordusunun rəsmisi: Rusiya itkin düşən 50 mindən çox hərbçi ilə bağlı müraciət edib
KİV: Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə başa çatacaq
Ukrayna Ordusu Kurskda 100-dən çox məntəqəyə nəzarət edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










