Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib - YENİLƏNİB
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, qərar bir qədər əvvəl parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.
***
11:48
Gürcüstan parlamentinin prosessual məsələlər komitəsi 49 müxalifət deputatının mandatlarına son verilməsini dəstəkləyib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, komitənin bugünkü sesiyasında “Birlik-Vahid Milli Hərəkat”, “Dəyişikli Koalisiyası” və “Güclü Gürcüstan” müxalif koalisiyalarının üzvlərinin parlament mandatlarının dayandırılması ilə bağlı bəyanatları nəzərdən keçirilib və imzaların həqiqiliyi təsdiqlənib.
Yekun siyasi qərarın parlamentin plenar sessiyasında qəbul ediləcəyi bildirilib.
Oxşar xəbərlər
Gürcüstan parlamentinin komitəsi 49 müxalif deputatın mandatlarına son verilməsini dəstəkləyib
“Gürcü Arzusu” 49 müxalif deputatın mandatına vaxtından əvvəl xitam verilməsini dəstəkləyəcək
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib
“Gürcü Arzusu” 49 müxalif deputatların mandatına vaxtından əvvəl xitam verilməsini dəstəkləyəcək
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













