Rusiyanın Poltavaya hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Rusiyanın Poltavaya hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2


Rusiya ordusunun Ukraynanın Poltava şəhərindəki yaşayış binasına raket zərbələrindən ölənlərin sayı 7 nəfərə çatıb.

Sizinxeber.az-nın “unian”a istinadən məlumatına əsasən, yaralıların sayı 14 nəfərdir.

***

11:47

Rusiya ordusunun Ukraynanın Poltava şəhərindəki yaşayış binasına raket zərbələrindən ölənlərin sayı 3 nəfərə çatıb.

Sizinxeber.az-nın “unian”a istinadən məlumatına əsasən, bu barədə xəbəri şəhərin şəhərin Fövqəladə Hallar Xidməti yayıb.

Bildirilib ki, hadisə zamanı aralarında bir azyaşlı uşaq olmaqla, 10 nəfər yaralanıb.

***

11:24

Rusiya ordusunun Ukraynanın Poltava şəhərində yaşayış binasına raket zərbələri nəticəsində 2 dinc sakin ölüb, 7 nəfər isə yaralanıb.

Sizinxeber.az xəbər verir ki, “insider.ua” yaralıların arasında bir azyaşlı uşağın da olduğu barədə yazıb.

Əraziyə xilasedicilər və tibbi briqadalar cəlb edilib.

Aviareyd nəticəsində binanın bir girişi çöküb, həmçinin yaxınlıqdakı avtomobillərdə yanğın başlayıb.

Xarkov da hava zərbələrinə məruz qalıb. Mer İqor Terexovun sözlərinə görə, raketlərdən biri yaşayış binasının yaxınlığına düşüb. Bundan sonra ərazidə yanğın başlayıb.

İ.Terexov ilkin məlumata görə, bir nəfərin yaralandığını da açıqlayıb.

***

10:54

Rusiya Ukraynanın Xarkov və Poltava vilayətlərindəki infrastruktura zərbələr endirib.

Sizinxeber.az “unian”a istinadən xəbər verir ki, Poltava ərazisində raketlərdən biri yaşayış binasına düşüb. Hadisədən sonra binada yanğın başlayıb.

Həmin ərazilərə elektrik enerjisinin verilməsi də dayandırılıb.

Xarkov Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, hazırda zərərçəkənlər və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Oxşar xəbərlər

Rusiya Xarkov və Poltavaya hücum edib, 3 nəfər ölüb, 10 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1
Rusiya ordusunun Poltavaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb
Rusiya Ukraynanın Sumı vilayətində yaşayış binasına zərbələr endirib, ölən və yaralananlar var - YENİLƏNİB
Rusiya Xarkov və Poltavaya hücum edib, yaşayış binasına raket düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar