Aİ Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən dayandırılmasına qərar verib
Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən dayandırılmasına qərar verib.
APA xəbər verir ki, müvafiq sənəddə insan və vətəndaş hüquq və azadlıqlarının Aİ üçün prioritet olduğu qeyd edilib.
O da bildirilib ki, Gürcüstandan olan diplomatlar və rəsmi şəxslərə digər vətəndaşlarla eyni viza müraciəti proseduru tətbiq ediləcək.
Qərar ölkənin Aİ-yə üzvlüyü üzrə danışıqların 2028-ci ilədək dayandırılması, eləcə də hakimiyyətin dinc etirazçılar, siyasətçilər və müstəqil kütləvi informasiya vasitələrinə təzyiqləri ilə əsaslandırılıb.
Sənəddə göstərilib ki, onun təsir dairəsi Aİ ölkələrində keçiriləcək tədbirlərdə iştirak edəcək dövlət rəsmiləri, Parlamentin üzvləri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayənləri daxildir.
Eyni zamanda qərar Gürcüstanın Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin üzvlərinə də şamil edilir.
Oxşar xəbərlər
Aİ-nin Gürcüstandakı səfiri: Vizasız rejimin dayandırılması təhdid deyil, reallıqdır
Aİ Gürcüstanda son başverənlərə cavab olaraq vizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir
Aİ Gürcüstanda baş verənlərə cavab olaraq vizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir
AK Gürcüstanla viza rejiminin sadələşdirilməsinə dair razılaşmanın qismən dayandırılmasını təklif edib - YENİLƏNİB
Aİ-nin XİN başçıları Gürcüstanla vizasız gediş-gəlişin ləğv edilməsini müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
