Fitso: Kiyev qaz tranziti ilə bağlı qərarına yenidən baxmasa, Slovakiya tədbir görəcək
sizinxeber.az xəbər saytı

Fitso: Kiyev qaz tranziti ilə bağlı qərarına yenidən baxmasa, Slovakiya tədbir görəcək


Volodimir Zelenskinin Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmaq qərarı Slovakiyaya və Avropa İttifaqına ziyan vurur, əgər ona yenidən baxılmazsa, Bratislava cavab tədbirləri görəcək.

Sizinxeber.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şoltzla telefon danışığından sonra respublikanın Baş naziri Robert Fitso bildirib.

“Almaniya tərəfinin xahişi ilə bu gün günortadan sonra kansler Şoltzla telefonla danışdım. Söhbət qazın tədarükü və tranziti ilə bağlı olub. Mən Slovakiya hökumətinin prinsipial mövqeyini təkrarladım. Zelenskinin Ukrayna ərazisindən qaz tranzitini dayandırmaq qərarı Slovakiyaya ciddi ziyan vurur və bütün Avropa İttifaqına milyardlarla avro zərər verir. Bu qərar ləğv edilməsə, Slovakiya cavab tədbirləri görəcək”, - Fitso “Facebook” hesabında yazıb.

Oxşar xəbərlər

Fitso: Aİ-nin Kiyevin qazla bağlı qərarına göz yumması cavab tədbirlərinə səbəb olacaq
Kreml Putinin Slovakiya Baş naziri ilə danışıqlarının detallarını açıqlayıb
Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Putin: Ukrayna Rusiya qazının tranzitini bağlamaqla Avropanı cəzalandırır
Slovakiya Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasına hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər