Slovakiya Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasına hazırdır
Slovakiya Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasına hazırdır, ölkənin qaz anbarları tam doludur.
Sizinxeber.az “Pravda” xəbər portalına istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova bildirib.
“Biz uzun müddətdir ki, Slovakiya və Ukrayna hökumətlərinin birgə iclaslarında qazın Ukrayna ərazisindən tranziti ilə bağlı danışıqlar aparırıq. Rusiya tərəfi ilə də danışıqlar aparılıb. Müzakirə etdiyimiz bir çox alternativ var. Ukrayna isə Slovakiyaya da zərər verəcək birtərəfli addım atmağa qərar verdi. Eyni zamanda, mən Slovakiyanın bütün sakinlərini və bütün şirkətlərini əmin etmək istəyirəm ki, biz bu ssenariyə hazırıq. Slovakiya qaz çatışmazlığı ilə üzləşməyəcək”, - nazir vurğulayıb.
Oxşar xəbərlər
Slovakiya Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazırdır
Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır
Slovakiya Azərbaycandan qaz tədarükündə maraqlıdır
Slovakiya Prezidenti: Ukrayna sülh naminə ərazilərindən imtina etməli olacaq
Putin: Ukrayna Rusiya qazının tranzitini bağlamaqla Avropanı cəzalandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













