Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə olunmuş ilk qrantı alıb
sizinxeber.az xəbər saytı

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə olunmuş ilk qrantı alıb


Ukrayna ABŞ-dən Rusiya Federasiyasının dondurulmuş aktivləri hesabına əldə edilmiş 1 milyard dollar məbləğində ilk qrantı alıb.

Sizinxeber.az xəbər verir ki, UNİAN bu barədə Ukraynanın Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

İlk dəfə olaraq dövlət büdcəsinə Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunmuş vəsait daxil olub.

"Ukraynanın dövlət büdcəsi Dünya Bankının İkinci İnkişaf Siyasəti Krediti (DPL) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarından 1 milyard dollar qrant alıb", - nazirliyin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, DPL proqramı Ukraynada xüsusilə dəmir yolu infrastrukturu, gömrük və vergi siyasəti, korrupsiyaya qarşı mübarizə, dövlət müəssisələri və özəl sektorun inkişafı ilə bağlı islahatları dəstəkləməyə yönəlib.

Oxşar xəbərlər

Ukrayna Rusiyanın dondurulmuş aktivləri hesabına ilk 1 milyard dolları alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyanın dondurulmuş aktivlərindən 1.5 milyard avronu Ukrayna üçün ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 3 milyard dollar göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
G7 oktyabr ayına qədər Rusiya aktivlərindən istifadə etməklə Kiyevə 50 milyard dollar kredit ayıra bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukraynaya 20 milyard dollar kredit ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər