Aİ yanvar ayından Ukraynaya ayda 1,5 milyard avro verəcək
sizinxeber.az xəbər saytı

Aİ yanvar ayından Ukraynaya ayda 1,5 milyard avro verəcək


Avropa İttifaqı 2025-ci ilin yanvarından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək.

APA xəbər verir ki, bunu Aİ Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas 27 ittifaq ölkəsinin xarici işlər nazirlərinin ilk görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Bundan əlavə, onun sözlərinə görə, Aİ qışın sonuna qədər ümumilikdə 75 min Ukrayna əsgərinə təlim keçmək niyyətindədir.

Kallas bir daha qeyd edib ki, Ukraynaya yardım Aİ-nin prioriteti olaraq qalır və Brüssel Rusiya ilə gələcək danışıqlarda Kiyevin mövqeyinin güclü olması üçün mümkün olan hər şeyi etməlidir.

Oxşar xəbərlər

Aİ yanvardan Ukraynaya ayda 1,5 milyard avro verəcək
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
Borrell: Aİ-nin Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb
Avropa İttifaqı Ukraynaya 6 milyard avro hərbi yardım ayırmaq istəyir
Aİ ölkələri bu il Ukraynaya 21 milyard avro hərbi yardım etmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle