Korsikalı fəal: Fransa adanın etnik tərkibini dəyişməyə çalışır
Fransa hakimiyyəti Korsika adasında Milli Hərəkatının üzvlərini təqib edir, təqsirsiz insanlara qarşı mübarizə aparır.
Bunu Sizinxeber.az-nın Türkiyə müxbirinə açıqlamasında Korsika Parlamentinin sabiq prezidenti, "Nazione" Korsika Milli Hərəkatının üzvü Jan-Qi Talamoni (Jean-Guy Talamoni) bildirib.
O qeyd edib ki, Korsika xalqı Fransa müstəmləkəçiliyini deyil, müstıqillik istəyir: “Korsika Fransa tərəfindən XVIII əsrdə işğal edilib. Bu işğalın ardından xalqımıza qarşı genişmiqyaslı repressiyalar başldaıldı. Bu könüllü şəkildə olmayıb, onlar bizi işğal ediblər. O vaxtdan Fransa adada müstəmləkəçilik siyasətini həyata keçirməyə başlayıb. Bunun əsas tərəflərindən biri də iqtisadi müstəmləkəçilik olub. Bu addımlar bizim ərazilərimizinin inkişafının qarşısını alıb. Digər tərəfdən, Fransa mədəniyyət və dil siyasəti vasitəsi ilə də adadaki vəziyyətə müdaxilə edərək, Korsika dilini məhv etmək istəyir. Korsika əhalisinin sayı 300 mindən çox olmasına baxmayaraq, Fransa hər il materikdən adaya 4-5 min fransız göndərərək buranın etnik tərkibini dəyişməyə çalışır. Bu da fransız müstəmləkəçiliyinin növbəti təzahürüdür”.
Oxşar xəbərlər
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb
İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO
Yeni kaledoniyalı assosiasiya sədri: Fransa dominantlığından azad olmaq istəyirik
Fransa müdafiə naziri Ermənistana səfər edəcək
Tural Gəncəliyev: Neokolonializm siyasəti yürüdən Fransa Ermənistandan sui-istifadə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













