Politoloq: Qərb dövlətlərinin cəhdləri boşa çıxacaq, Gürcüstanda dövlət çevrilişi olmayacaq
sizinxeber.az xəbər saytı

Politoloq: Qərb dövlətlərinin cəhdləri boşa çıxacaq, Gürcüstanda dövlət çevrilişi olmayacaq


Son günlər Gürcüstanda etiraz aksiyası adı altında baş verənlər əslində hibrid müharibədir.

Sizinxeber.az xəbər verir ki, bu barədə gruzinform.ru (saqinform.ge) portalının direktoru, politoloq Arno Xıdırbeqişvili bildirib.

Onun sözlərinə görə, “bu müharibənin arxasında Qərb dövlətləri və onların əlində alətə çevrilmiş Prezident Salome Zurabişvili, radikal müxalifət partiyaları və QHT-lər dayanır”.

Xıdırbeqişvili deyib ki, Salome Zurabivili Qərbin dəstəyinə arxayındır: “Prezident Qərb dövlətlərindən və Baltikyanı ölkələrdən siyasi sığınacaq istəyib. Baltik ölkələri artıq Zurabişviliyə siyasi sığınacaq vəd ediblər. Buna arxayın olan Zurabişvili və onun tərəfdarları Gürcüstanda vəziyyəti daha da gərginləşdirməyə çalışırlar”.

Xıdırbeqişvili vurğulayıb ki, “Qərb dövlətləri, eləcə də onların əlində oyuncağa çevrilmiş Ukrayna Prezidenti Volodimir Zelinskinin cəhdləri boşa çıxacaq, Gürcüstanda dövlət çevrilişi olmayacaq”.

“Xarici agentlərin arzuları reallaşmayacaq, Gürcüstanda sabitlik bərpa olunacaq və ölkə demokratik yolla inkişaf edəcək”, – politoloq əlavə edib.

Oxşar xəbərlər

Litva Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AP sədri Roberta Metzola Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefonla danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Prezidenti xarici tərəfdaşlarına təcili çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər