Zelenskinin Ofisi: Müharibə ərazi güzəştləri hesabına bitməməlidir
“Müharibə ərazi güzəştləri hesabına bitməməlidir”.
Sizinxeber.az-nın “strana.ua”ya istinadən xəbərinə görə, bunu Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Ukrayna həqiqətən də Rusiya ilə danışıqlara hazırdır, lakin beynəlxalq hüquqa müvafiq olaraq bunun üçün ədalətli şərait tələb edəcək. Ölkəmizin şəkildə ifadə olunan mövqeyi ondan ibarətdir ki, heç kim müharibəni ərazi güzəştləri hesabına və beynəlxalq hüquqa zidd şərtlər daxilində bitirə bilməz. Hazırda bu cür şərtlər mövcud deyil. Əgər beynəlxalq hüququn pozulması ilə razılaşacaqsınızsa, buyurun, bu barədə danışaq".
Prezident Ofisinin rəsmisi əlavə edib ki, atəşkəs Rusiyaya yeni müharibəyə hazırlaşmaq üçün vaxt qazandıracaq:
"Çünki Rusiya qarşısına qoyduğu məqsədləri sonuna qədər yerinə yetirmək istəyir. Sözsüz ki, bu tapşırıqlar Donetsk və ya Luqanskın işğalından daha böyükdür. İndiyədək Ukrayna və Rusiyanın rəsmi mövqeyindən başqa müharibənin bitirilməsi ilə bağlı hər hansı təklif yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp tərəfləri atəşkəsə çağırıb.
Mətbuat isə yazıb ki, onun komandası bu məqsədlə bir sıra təkliflərin üzərində işləyir.
Oxşar xəbərlər
Podolyak: Kurskda baş verənlərin əsas səbəbi Rusiyanın təcavüzkar siyasətidir
Zelenskinin Ofisi: Bizim danışıqlarla bağlı Rusiyaya yalvarmaq planımız yoxdur
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Rusiya XİN başçısı Zelenskinin “Qələbə Planı”ndan danışıb
Stoltenberq: Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













