Britaniya XİN Gürcüstan hökumətinə dəstəyini azaldacağını açıqlayıb
sizinxeber.az xəbər saytı

Britaniya XİN Gürcüstan hökumətinə dəstəyini azaldacağını açıqlayıb


Britaniya XİN Gürcüstan hökuməti ilə dəstəyini və əlaqəsini azaldacağını açıqlayıb.


Sizinxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Devid Lamminin bəyanatında bildirilib.

Britaniya XİN rəhbəri qeyd edib ki, Gürcüstan hakimiyyətinin etirazçılara və jurnalistlərə qarşı zorakılıqları qəbuledilməzdir və dayandırılmalıdır: “Bu hərəkətlər Gürcüstanın beynəlxalq imicini ləkələyir və Gürcüstanın Avropa gələcəyinə dair konstitusiya öhdəliyi qarşısında uçur”.

Nazirin sözlərinə görə, davam edən hadisələr fonunda Böyük Britaniya Gürcüstan hökumətinə bütün proqram dəstəyini dərhal dayandıracaq: “Müdafiə sahəsində əməkdaşlığı məhdudlaşdıracaq və Avropa demokratik norma və azadlıqlarından bu gedişin dayandırılmasına qədər “Gürcü Arzusu” hökumətinin nümayəndələri ilə əlaqəni məhdudlaşdıracaq”, - diplomat bildirib.

D.Lammi Böyük Britaniyanın Gürcüstan xalqının öz ölkələrinin gələcəyini seçmək hüququnu dəstəkləməkdə davam edəcəyəni vurğulayıb.

Oxşar xəbərlər

Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Britaniya XİN və MN rəhbərləri Qətərə səfər edib
Britaniya Rusiya SQ-nin bəzi hərbçilərinə Ukraynada kimyəvi silahdan istifadəyə görə sanksiya tətbiq edib
Veymar Üçbucağı: Gürcüstanın Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılmasına təəssüflənirik
Britaniya və İrlandiya baş nazirləri Dublində görüşüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər