KİV: Ukraynaya helikopter qaçıran rus pilot qətlə yetirilib
sizinxeber.az xəbər saytı

KİV: Ukraynaya helikopter qaçıran rus pilot qətlə yetirilib


İspaniya mətbuatı Ukraynaya Mi-8 helikopterini qaçıran rus pilot Maksim Kuzminovun qətli barədə məlumat yayıb.

Sizinxeber.az xəbər verir ki, “Tercera Información” nəşri Kuzminovun ehtimal olunan qətli haqqında yazıb.

Nəşr polisdəki mənbələrə istinadən bildirib ki, Kuzminov qətlin qurbanı olub. Bundan əvvəl İspaniyanın bir neçə KİV-i Villajoyosa bələdiyyəsində iki naməlum şəxsin 33 yaşlı Ukrayna vətəndaşını tapança ilə (Kuzminovun 28 yaşı var) güllələdiyi barədə məlumat yayıb.

Qətllə bağlı məlumat rəsmi təsdiqini tapmayıb.

Ukraynanın Baş Kəşfiyyat İdarəsi Mi-8 helikopterini Ukraynaya qaçıran Maksim Kuzminovun ölümünü təsdiqləyib. Bu barədə RBC-Ukrayna məlumat yayıb.

Oxşar xəbərlər

KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb
İran XİN rəhbəri Ermənistandadır - YENİLƏNİB
Blinken: "Putin amansız işğalçı müharibəsini davam etdirir"
Niderland Ukraynaya 18 F-16 təyyarəsi göndərməyə hazırlaşır
Blinken: "Ukraynaya hərbi yardım üçün pulumuz demək olar tükənib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər