Yüzlərlə taksi sürücüsü Parisin mərkəzində nəqliyyatın hərəkətini dayandırıb
Fransalı taksi sürücüləri ağır iş şərtlərinə etiraz olaraq paytaxt Parisdə yerləşən Əlillər Evinin qarşısında etiraz aksiyası keçirib.
APA-nın “TV5 Monde”nin saytına istinadən xəbərinə görə, əllərində müxtəlif plakatlarla küçələrə çıxan etirazçılar 500 avtomobillə mərkəzə doğru irəliləyib.
Taksi Sürücülərinin Həmkarlar İttifaqının bildirdiyinə görə, əsas tələb daşınmaya görə tariflərin azaldılması barədə qərarın ləğvindən ibarətdir.
Tələblər arasında həmçinin bu xidmətə görə tətbiq olunan vahid tarifin aradan qaldırılması, gediş haqqının taksometrin müəyyən etdiyi həddə ödənilməsinə icazə verilməsi, habelə onlayn taksi xidmətlərinin ləğvindən ibarətdir.
Onlar həmin şirkətləri haqsız rəqabətə səbəb olmaqda ittiham edir.
Oxşar xəbərlər
Bakıda 4 avtomobil toqquşub, taksi sürücüsü xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taksi fəaliyyətinə dair yeni tələblər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













