Moldova polisi Rusiyaya məxsus PUA-nın qalıqlarını aşkarlayıb
sizinxeber.az xəbər saytı

Moldova polisi Rusiyaya məxsus PUA-nın qalıqlarını aşkarlayıb


Moldova polisi Orgeyevsk rayonunun Podqorenı kəndi ərazisində pilotsuz uçuş aparatının (PUA) qalıqlarını aşkar edib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə ölkənin Polis Departamentinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Nəzarət Mərkəzinə bu barədə siqnal təqribən 1 saat əvvəl daxil olub. Bundan sonra əraziyə polis əməkdaşları cəlb edilib. Departament aşkar edilən PUA-nın fotoşəkillərini də yayıb. Polis rəsmiləri bunun noyabr ayı ərzində tapılan sayca 5-ci belə qurğu olduğunu açıqlayıb. Ölkənin Xarici İşlər Nazirliyinin (XİN) isə bununla bağlı açıqlamasında sözügedən addımın Rusiya tərəfindən atıldığı xüsusilə qeyd edilib.

Moldova XİN-in bəyanatına rəsmi Moskvanın reaksiyası gecikməyib. Rusiyanın bu ölkədəki səfiri Oleq Ozerov deyib ki, rəsmi Kişineu tapılan PUA-nın məhz onların göndərdiyinə dair hər hansı sübut təqdim etməyib.

Diplomat əlavə edib ki, bundan öncə də analoji hallar yaşandıqda Moldova Ukrayna raketlərinin qalıqlarını Rusiyaya məxsus PUA kimi təqdim etməyə çalışıb.

Oxşar xəbərlər

Rusiya səfiri Moldova XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Moldovadakı səfiri XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldova Rusiyaya nota verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kreml Moldova və Gürcüstandakı seçkilərə müdaxilə etməyə çalışmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldova rusiyalı diplomatı ölkədən çıxarır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər