Ursula von der Leyenin Avropa Komissiyası prezidentliyinə namizədliyi təsdiqlənə bilər
Ursula von der Leyenin Avropa Komissiyası prezidentliyinə namizədliyi təsdiqlənə bilər.
Sizinxeber.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.
Nəşr bildirib ki, onun namizədliyi 7 mart tarixində mühafizəkar Avropa Xalq Partiyasının Buxarestdə keçiriləcək qurultayında təsdiqlənə bilər.
Qeyd olunduğu kimi, Ursula von der Leyenin yenidən Komissiyanın rəhbəri seçilərsə, Avropa İttifaqı tarixində ilk dəfə olaraq Avropanın müdafiə üzrə komissarı postunu yaratmaq istəyir.
Mart ayında o, Aİ-nin hərbi sənayesi üçün, Ukraynanın da inteqrasiya olunduğu strategiyanı təqdim edəcək. Onun fikrincə, avropalılar ilin sonuna qədər Kiyevə yeni tanklar, helikopterlər və 1 milyon mərmi vəd edərək, döyüş meydanında Rusiyanı üstələməlidir.
Xatırladaq ki, NATO Alyansı Ursula von der Leyenin yeni NATO lideri təyin edilməsini müzakirəyə çıxarmışdı, lakin Almaniya Kansleri Olaf Şolts onun anti-Rusiya mövqeyinə görə buna qəti şəkildə qarşı çıxıb.
Oxşar xəbərlər
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Rusiya hərbi təyyarələri 300 dəfə NATO hava məkanına yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xavyer Kolomina: "NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə səyləri dəstəkləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












