Sol müxalifət lideri Melenşon Makronun istefasını tələb edib
sizinxeber.az xəbər saytı

Sol müxalifət lideri Melenşon Makronun istefasını tələb edib


Solçu “İtaətsiz Fransa” partiyasının qurucusu, solçu “Yeni Xalq Cəbhəsi”nin qeyri-rəsmi lideri Jan-Lük Melenşon Fransadakı böhranlı vəziyyətdən çıxmaq üçün prezident Emmanuel Makronu istefaya çağırıb.

APA xəbər verir ki, o bu haqda “X” hesabında yazıb.

"Hakimiyyət institutlarının bloklandığı şəraitdə yalnız bir çıxış yolu var - prezidentin istefası", - Melenşon deyib.

Müxalifət partiyaları hökumətin təklif etdiyi 2025-ci il dövlət büdcəsi layihəsi ilə razılaşmadıqlarını bildiriblər.

Onlar baş nazir Mişel Barnieri etimadsızlıq səsverməsi ilə hədələyiblər.

Qeyd edək ki, müxalifətin büdcə layihəsi ilə bağlı əsas şikayətləri orada nəzərdə tutulan hökumət xərclərinin 60 milyard avro azaldılması ilə bağlıdır.

Melenşon bildirib ki, hökumətin istefası gələn həftənin əvvəlində baş verə bilər.

"Bizim baş nazir postuna öz namizədliyimiz var. Əgər o, prezidentə uyğun gəlmirsə, o, istefaya getməli olacaq", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Bu gün Gürcüstan parlamentində hökumətin tərkibinə etimad səsverməsi keçiriləcək
Solçular Makronu istefaya göndərə bilər
Fransa seçicilərinin yarısı Makrona qarşı impiçment planını dəstəkləyir
Fransa sosialistləri birgə hökumət qurmaqla bağlı Makronun təklifindən imtina edib
Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle