Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır
Gürcüstan hökuməti Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlanmasını 2028-ci ilə qədər dayandırır, həmçinin Gürcüstan Avropa İttifaqının hər hansı büdcə qrantından imtina edir.
Sizinxeber.az-nın Tbilisi bürosu xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bu barədə parlament çoxluğu ilə hökumət üzvləri arasında görüşdən sonra partiya ofisində keçirdiyi mətbuat konfransında bildirib.
Kobaxidzenin sözlərinə görə, danışıqların yenidən açılması məsələsindən şantaj və cəmiyyəti parçalamaq məqsədilə istifadə olunub və bu hal ölkəyə namizəd statusu verilməsi zamanı da baş verib.
“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə (üzvlük) danışıqlarına başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik. Həmçinin, 2028-ci ilin sonuna qədər biz Avropa İttifaqının istənilən büdcə qrantından imtina edirik. Avropa İttifaqına inteqrasiyanı mərhəmət kimi qəbul etmək qəti şəkildə qəbuledilməzdir”, - Kobaxidze deyib.
Oxşar xəbərlər
Kobaxidze: 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik
Avropa İttifaqı Gürcüstan QHT-lərinə 120 milyon avro yönəldəcək
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir
Vuçiç Serbiyanın onilliyin sonuna qədər Aİ-yə üzv ola bilməyəcəyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
