Stoltenberq: "Münhen Forumunda hətta düşmən ölkələr də iştirak etməlidir"
NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq onun sədrliyi ilə Münhen Təhlükəsizlik Konfransının müxtəlif fikirlərin ifadəsi üçün platforma və müxtəlif ölkələrin nümayəndələrinin görüş yeri olacağına söz verib.
APA xəbər verir ki, Yens Stoltenberq bu barədə “Spiegel” jurnalına müsahibəsində deyib.
O bildirib ki, sədr kimi konfransın missiyasına töhfə verməyə çalışmaq istəyir: “Dialoq vasitəsilə sülh olsun”. Stoltenberq 2025-ci ilin yazında forumun rəhbəri vəzifəsini icra edəcək.
"Ancaq mən hesab edirəm ki, konfrans çox vacib idi, çünki bu, bir-birini düşmən hesab edən, çox fərqli ölkələr üçün yaxşı platformadır" – o deyib.
“Biz başa düşməliyik ki, biz qlobal dünyada yaşayırıq və qlobal perspektivə ehtiyacımız var”, - NATO-nun keçmiş baş katibi deyir.
Oxşar xəbərlər
KİV: Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq
Stoltenberq NATO-ya rəhbərliyi dövründə özünün əsas uğurunu açıqlayıb
Stoltenberq: NATO-nun davamlı köməyi ilə Ukrayna qalib gələcək
Yens Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
