Stoltenberq Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb
sizinxeber.az xəbər saytı

Stoltenberq Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb


NATO-nun Baş katibi Yens Stoltenberq Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb və Pekinin yardımının müharibənin davam etməsində mühüm amil olduğun bildirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Stoltenberq Osloda jurnalistlərə açıqlamasında deyib.

"Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlledici tərəfinə çevrilib. O, Rusiyanın istifadə etdiyi bir çox silahların istehsalına imkan verən ölkədir”, - Baş katib əlavə edib.

Stoltenberq xəbərdarlıq edib ki, Pekinin Ukraynada müharibəni davamlı şəkildə alovlandırması onun maraqlarına və etibarına mənfi təsir göstərə bilər.

Oxşar xəbərlər

Stoltenberq: Ukrayna Kursk hücumunda çox şey əldə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər