Çexiyada bir günlük matəm elan edilib
Çexiyada universitetdə atışma nəticəsində çoxsaylı itkilərlə əlaqədar ölkədə bir günlük matəm elan edilib.
APA xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi iclasından sonra bu barədə ölkə prezidenti Petr Pavel bildirib.
Onun sözlərinə görə, dekabrın 23-ü ölkədə matəm elan olunub, bununla əlaqədar rəsmi binalarda bayraqlar yarıya qədər endiriləcək və günorta saatlarında hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Xatırladaq ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində atışma olub. Polis rəisi Martin Vondrasek atışmadan sonra jurnalistlərə bildirib ki, hadisə nəticəsində 14 nəfər həlak olub, 25 yaralı var və onlardan 10-nun vəziyyəti ağırdır.
Oxşar xəbərlər
XİN: Çexiyada universitetdə atışmada ölənlər arasında azərbaycanlı yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Prezidenti: Füzulidə məktəbin açılışında iştirakımız münasibətlərimizdə parlaq iz buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













