Ukrayna kömür hasilatını dayandırdığını elan edib
sizinxeber.az xəbər saytı

Ukrayna kömür hasilatını dayandırdığını elan edib


Ukraynada elektrik stansiyalarının enerji blokları zədələndiyi üçün kömür hasilatını dayandırmaq qərarına gəliblər.

Sizinxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə iyulun 25-də Kiyev24 telekanalına müsahibəsi zamanı Ali Radanın deputatı, energetika və mənzil-kommunal təsərrüfatı komitəsi sədrinin birinci müavini Aleksey Kuçerenko məlumat verib.

O həmçinin anbarlarda kifayət qədər kömürün olduğunu qeyd edib.

“Bizim kömürlə bağlı ciddi problemimiz yoxdur, çünki kömürə sahib olan və ya onu çıxaran dövlət və özəl şirkətlər əslində DTEK və Energetika Nazirliyinin tabeliyində olan dövlət şirkətləridir. Əksinə, bu gün kömür hasilatını dayandırırlar, çünki əslində onu qoymağa yer yoxdur. Enerji blokları dağıdılıb, kömürümüz ixrac olunmur”, - deyə Kuçerenko vəziyyətə aydınlıq gətirib.

Deputat həmçinin Ukraynada qarşıdan gələn qış üçün əsas enerji mənbəyinin qaz olacağını deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna XİN başçısı Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər