Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib
Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsinin adı məlum olub.
Sizinxeber.az xəbər verir ki, bu vəzifəyə çex diplomat Maqdalena Qronon təyin edilib.
Onun sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacağı bildirilib. Xanım Maqdalena Qrono səlahiyyət müddətində BMT və ATƏT-in müvafiq strukturları ilə birlikdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də fəaliyyət göstərəcək.
Qurumdan o da bildirilib ki, diplomatiya və münaqişələrin tənzimlənməsi istiqamətində 25 illik təcrübəyə malik olan Maqdalena Qrononun əsas fəaliyyət istiqamətləri postsovet məkanı və Cənubi Qafqaz olub.
O, Şarl Mişeldən əvvəl Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk ilə birlikdə işləyib.
Bir müddət əvvələ qədər isə “International Crisis Group”un Avropa və Mərkəzi Asiya üzrə direktoru olub.
Xatırladaq ki, Maqdalena Qrono bu postda səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.
Oxşar xəbərlər
Xavyer Kolomina yeni vəzifəyə təyin olunub
Xavyer Kolomina: "NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə səyləri dəstəkləyir"
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılması ilə bağlı qərarı təsdiqləyib
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













