İstanbul sahillərində insansız kater aşkarlanıb - VİDEO
İstanbulun Çatalca bölgəsində miqrant qaçaqmalçılığında istifadə edildiyi güman edilən, mənşəyi məlum olmayan insansız kater aşkarlanıb.
APA xəbər verir ki, Çatalca Prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb və verilən ilkin açıqlamada katerdə hər hansı sursat olmadığı bildirilib.
Hadisə bu gün yerli vaxtla saat 12 radələrində Akalan bölgəsindəki çimərlikdə baş verib. Əvvəlcə çimərliyin xilasediciləri kateri görüb ona tərəf gediblər.
Daha sonra katerin müxtəlif qurğu və cihazlarla təchiz olunduğunu görən xilasedicilər dərhal hüquq mühafizə orqanlarına xəbər veriblər.
Hadisə ilə bağlı araşdırma başladılıb və katerin hansı ölkəyə aid olduğu müəyyənləşdirilir.
Türkiyənin bəzi xəbər saytları isə katerin Ukrayna donanmasına aid olduğunu və partlayıcı maddələrlə dolu olduğunu yazıb.
Oxşar xəbərlər
Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkarlanıb - VİDEO
Bakıda ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra intihar edib
Bakıda ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib
Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













