İsrail Qəzzada döyüşən əsgərlərini poliomielitə qarşı peyvənd etməyə başlayıb
İsrail Ordusu Qəzza zolağında əməliyyatda iştirak edən quru qoşunlarının hərbçilərinin poliomielit xəstəliyinə qarşı peyvənd edilməyə başlanıldığını açıqlayıb.
APA-nın xəbərinə görə, İsrail Ordusunun yaydığı açıqlamada bildirilib ki, Qəzza zolağında polimelitə yoluxma xəbərləri yayılandan sonra anklavın müxtəlif rayonlarında müvafiq testlər aparılıb və əldə olunan nəticələrə əsasən, hərbçilərin mütləq vaksinasiya olunması barədə qərar qəbul edilib.
Bununla belə, peyvənd olunmaq istəməyən əsgərdən bunu etmək tələb olunmayacaq.
Eyni zamanda İsrail Ordusu Qəzza əhalisinin peyvənd olunması üçün də müxtəlif beynəlxalq təşkilatlarla birgə çalışır.
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən Qəzza zolağında bəzi çadır düşərgələrində poliomielit xəstəliyinin mürəkkəb formasına səbəb olan təhlükəli virus aşkar edildiyi barədə məlumat yayıb. Bu viruslar tullantı sularında və çirklənmiş sularda aşkarlanıb.
Poliomielit poliovirusun yaratdığı təhlükəli yoluxucu xəstəlikdir. Virus sinir sisteminə təsir edir, iflic və ölümə səbəb ola bilər.
Oxşar xəbərlər
Blinken İsrailə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusunun Qəzzada həlak olan hərbçilərinin sayı 315-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Misir hərbi qüvvələrinin Refah sərhəd bölgəsindən çəkilməsini istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












