İran MN: İsfahan üzərində vurulan PUA-lar sınaq məqsədilə buraxılıb
“İran İsfahan səması üzərində vurulan pilotsuz uçuş aparatlarını sınaq məqsədilə buraxıb”.
APA-nın xəbərinə görə, bunu “X” hesabında ölkənin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəsmi nümayəndəsi Hüseyn Daliriyan yazıb.
O əlavə edib ki, yaxınmənzilli xarakterə malik olduğundan bu qurğuların digər ölkələrin ərazisindən göndərilməsi ehtimalı azdır.
Bu xəbəri həmçinin, İranın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Əmir Mihandustun açıqlaması da təsdiqləyib. Generalın sözlərinə görə, İsfahan yaxınlığındakı 8-ci aviabazada yerləşdirilən hava hücumundan müdafiə sistemləri məhz bu səbəbdən işə düşüb.
Qeyd edək ki, hazırda bölgədə vəziyyətin sabit olduğu, hər hansı insidentin baş vermədiyi açıqlanıb.
Oxşar xəbərlər
Stoltenberq: “NATO Ukraynanı daha çox “Patriot”la təmin etmək imkanlarını nəzərdən keçirəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN rəhbəri Ermənistandadır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













