Türkiyə TŞ: Suriyada baş verən son hadisələr Dəməşq hakimiyyətinin müxalifətə güzəştə getməsinin zəruriliyini göstərdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
dek
2024
22:50

Türkiyə TŞ: Suriyada baş verən son hadisələr Dəməşq hakimiyyətinin müxalifətə güzəştə getməsinin zəruriliyini göstərdi

05 dek, 2024
22:50
861

Türkiyə TŞ: Suriyada baş verən son hadisələr Dəməşq hakimiyyətinin müxalifətə güzəştə getməsinin zəruriliyini göstərdi

Suriyada baş verən son hadisələr Dəməşq hakimiyyətinin xalq və müxalifətə güzəştə getməsini bir daha göstərdi.

Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş tutan iclasının nəticələrinə dair yayılan bəyanatında deyilir.

Bildirilib ki, Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunub saxlanmasına hər zaman güclü dəstək verib və irəlidəki zamanda lazım olan səylər göstərməyə də hazırdır:

“Qeyri-sabitlik mühitindən istifadə etməyə çalışan terror təşkilatlarına imkan verilməyəcəyi, milli təhlükəsizliyimizə və xalqımıza qarşı hər bir təhlükənin aradan qaldırılacağı vurğulanıb”, - bəyanatda deyilir.

Qeyd edək ki, iclas Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

Bizimlə əlaqə saxlayın