Fələstin Beynəlxalq Əmək Təşkilatında “müşahidəçi dövlət” statusu alıb
Beynəlxalq Əmək Təşkilatı (BƏT) Fələstinin təşkilat daxilində statusunun “milli azadlıq hərəkatı”ndan “müşahidəçi dövlət”ə dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
APA xəbər verir ki, Fələstinin “WAFA” xəbər agentliyinin məlumatına görə, BƏT-in İcraiyyə Şurası Ərəb Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Şahir Səədlə yanaşı ərəb və beynəlxalq birliklərin nümayəndələrinin iştirakı ilə toplantı keçirib.
İclasda Fələstinin təşkilat daxilində statusunun "milli azadlıq hərəkatı"ndan "müşahidəçi dövlət"ə dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.
Saad bildirib ki, qərar nəhayət 2025-ci ilin iyununda keçiriləcək Beynəlxalq Əmək Konfransında təsdiqlənəcək.
Qərarın Fələstinə BƏT-in bütün təşkilati strukturunda tam iştirak hüququ və "iştirakçı üzvlüyə" keçid imkanı verdiyini vurğulayan Səəd, Fələstinin ilk dəfə 2025-ci ildə hökumət, işçilər və işəgötürənlərdən ibarət üçtərəfli rəsmi nümayəndə heyəti ilə konfransda iştirak edəcəyini bildirib.
Oxşar xəbərlər
Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb
Akkreditasiya üçün müddət başa çatıb, parlament seçkilərində 3 təşkilat exit-poll keçirəcək
Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb
ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













