Livan Baş naziri İranın Beyrutdakı müvəqqəti işlər vəkilini XİN-ə çağırmağı tapşırıb
Livanın müvəqqəti Baş naziri, Prezident səlahiyyətlərinin icraçısı Nəcib Mikati xarici işlər naziri Abdallah Bouhabibə İranın Beyrutdakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə (XİN) çağırmağı tapşırıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Bildirilib ki, Nəcib Mikati bu qərarı İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafnın Tehranın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası ilə bağlı Fransa ilə danışıqlara hazır olduğunu bildirən şərhindən sonra verib.
O, həmçinin Qalibafın sözləri ilə bağlı izahat verməsini istəyib.
Mikati İranın mövqeyinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb və Abdallah Bouhabibə Livanın mövqeyini İran diplomatına çatdırmağı tapşırıb.
Oxşar xəbərlər
İranın XİN rəhbəri Beyrutda Livanın baş naziri ilə görüşüb - YENİLƏNİB
İranın xarici işlər naziri Livana səfər edib
Nəcib Mikati: Livanda prezident seçkiləri atəşkəs razılaşmasından sonra keçiriləcək
İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
