“Hizbullah” peycerlərin partlaması nəticəsində səkkiz döyüşçünün öldüyünü etiraf edib
“Hizbullah” təşkilatı dünən axşamı İsrailin kiberhücumundan sonra peycerlərin partladılması nəticəsində səkkiz döyüşçünün və komandirinin öldüyünü etiraf edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə qurumun “Telegram” kanalında yerləşdirilən məlumatda deyilir.
Döyüşçülərin hansı şəhər və rayonlarda həlak olduğu haqda dəqiq məlumat verilməyib. Həmçinin silahlı birləşmələrdə yaralananların sayı barədə də məlumat yoxdur.
“Əl Hadath” telekanalı İsrail hərbçilərinin peyk rabitəsi və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiyi yüksək texnologiyalı əməliyyat nəticəsində yüzlərlə “Hizbullah” döyüşçüsünün əlil olduğunu bildirib. Onlardan 500-ə yaxını görmə qabiliyyətini tamamilə və ya qismən itirib.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanların sayı 9-dan 11-ə yüksəlib. 4 min nəfər yaralanıb və ya xəsarət alıb ki, onlardan da 400-nün vəziyyəti ağırdır.
Oxşar xəbərlər
“Hizbullah”, Fuad Şükrün öldürüldüyünü təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Hizbullah” İsrailə aid briqadanın qərargahına hücum etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: "Hizbullah" qərargahını Beyrutdan köçürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Hizbullah” İsrail ərazisini raket atəşinə tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin raket zərbələri nəticəsində “Hizbullah” komandiri öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











