BYD şirkətinin mənfəəti kəskin azalıb
sizinxeber.az xəbər saytı

BYD şirkətinin mənfəəti kəskin azalıb


Dünyanın ən böyük elektromobil istehsalçısı olan Çinin BYD şirkəti 2026-cı ilin birinci rübündə xalis mənfəətinin 4,1 milyard yuan (təxminən 600 milyon dollar) olduğunu açıqlayıb.

"The Wall Street Journal"ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,4% azalma deməkdir və 2022-ci ilin ikinci rübündən bəri ən aşağı göstəricidir. Şirkətin ümumi gəliri isə 150,2 milyard yuan (22 milyard dollar) olub ki, bu da illik müqayisədə 11,8% azdır.

Ekspertlər azalmanı əsasən Çində elektromobil və hibrid avtomobillərə tələbatın düşməsi ilə izah edir. Dövlət subsidiyalarının ləğvi və vergi güzəştlərinin mərhələli şəkildə aradan qaldırılması istehlakçıların gözləmə mövqeyi tutmasına səbəb olub.

Bundan əlavə, makroiqtisadi zəifləmə, gəlirlərin artım tempinin aşağı düşməsi və işsizlik səviyyəsinin qalması da satışlara mənfi təsir göstərib.

Çin, BYD, iqtisadiyya

Oxşar xəbərlər

ABŞ-da milyonçular üçün vergi artımı büdcəyə 400 milyard dollar gətirə bilər
Neft Fondunun xalis mənfəəti 3% azalıb
"Anglo-Asian Mining" bu il 2 mln. dollara yaxın zərər edib
Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. dollardan aşağı düşüb
Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər