"Tasnim": İranın ABŞ-la danışıqlarda iştirak etməmək qərarı hələlik dəyişməyib
İranın ABŞ-la danışıqlarda iştirak etməməklə bağlı qərarı dəyişməyib.
Bu barədə məlumatlı mənbə “Tasnim”ə danışıb.
Mənbə danışıqlar aparılması üçün bir sıra ön şərtlərin yerinə yetirilməsinin vacib olduğunu bildirib.
O əlavə edib ki, İrana qarşı tətbiq edilmiş dəniz blokadası danışıqlar üçün əsas maneədir və bu məsələ Pakistana bildirilib.
Pakistan isə öz növbəsində bunun ABŞ Prezidenti Donald Trampa çatdırıldığını deyib.
Bundan başqa, İrana çatdırılmış mesajlarda ABŞ-ın həddən çox tələbləri əks olunub.
Rəsmi Tehran ABŞ məsələyə real baxmayana və yanlış hesablamalarını düzəltməyənə qədər danışıqları vaxt itkisi hesab edir.
Mənbə onu qeyd edib ki, İran bu danışıqların aldadıcı oyun olması ehtimalını nəzərdən keçirir və hərbi toqquşmaya hazırdır.
Oxşar xəbərlər
İran ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib
İran XİN: İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar mənasızdır
İran ABŞ-a görə İsveçrəyə etiraz notası verib
Rəsmi Tehran Trampa cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
