ABŞ və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
ABŞ müdafiə naziri Lloyd Ostin və İsrail müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.
Sizinxeber.az İsrail mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı İsrail müdafiə naziri ölkəsinin girovların azad edilməsi üçün razılaşma əldə etməyə çalışdığını vurğulayıb.
Müdafiə naziri Yoav Qallant amerikalı həmkarını "Hizbullah"ın komandirinin öldürülməsi ilə nəticələnən əməliyyat barəsində məlumatlandırıb.
"Nazir Qallant vurğulayıb ki, İsrail müharibəyə can atmır: bununla belə, İsrail ordusu öz vətəndaşlarını müdafiə etməyə və "Hizbullah"ın istənilən hücumuna cavab verməyə hazırdır", - İsrail Müdafiə Nazirliyi yaydığı məlumatda bildirib.
İsrail müdafiə naziri onun ölkəsinə verdiyi dəstəyə və müharibə zamanı ABŞ və İsrail arasındakı münasibətlərindəki roluna görə həmkarı Lloyd Ostinə təşəkkür edib.
Oxşar xəbərlər
ABŞ müdafiə naziri "Hizbullah" və İsrail arasında döyüşün qaçılmaz olduğuna inanmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbəri Fuad Şükrü məhv etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Ukrayna müdafiə nazirləri Qərbin Kiyevə dəstəyini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail istənilən vasitə ilə özünü müdafiə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Suriya müdafiə nazirləri görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












