Ərdoğan ABŞ və Rusiya liderlərinin görüşünü alqışlayıb
sizinxeber.az xəbər saytı

Ərdoğan ABŞ və Rusiya liderlərinin görüşünü alqışlayıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünü alqışlayıb. O, bu prosesin Ukrayna Prezidentinin iştirakı ilə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkələrdə müvafiq paylaşım edib.

“Prezidentlər Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü Rusiya-Ukrayna müharibəsinə son qoymağın yollarını tapmaq üçün yeni stimul oldu. Biz bu görüşdən məmnun olduğumuzu bildirir, ümid edirik ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yeni prosesdə iştirak edəcək və beləliklə, uzunmüddətli sülhün təməli qoyulacaq”, -deyə Ərdoğanın şənbə günü etdiyi paylaşımda vurğulanır.

Oxşar xəbərlər

Ərdoğan ABŞ-Rusiya liderlərinin görüşünü alqışlayıb
Ərdoğan Zelenski ilə görüşüb
Türkiyə Prezidenti və NATO Baş katibi arasında telefon danışığı olub
Ərdoğan və NATO Baş katibi Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB
Ərdoğan və Zelenski Rusiya-Ukrayna sülh danışıqlarını müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər