Pezeşkian Haniyənin qətli ilə bağlı paylaşım edib
"İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq".
Sizinxeber.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian HAMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı "X" hesabında paylaşımında bildirib.
"Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm. Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək", paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
İran XİN: Haniyənin qanı hədər getməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Haniyənin qanı yerdə qalmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Suriya müdafiə nazirləri görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran parlamenti Haniyənin ölümü ilə bağlı fövqəladə iclas keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Haniyə ya Tehran, ya da Dohada dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












