sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyə XİN Haniyənin qətlini pisləyib
“HAMAS lideri İsmayıl Haniyənin öldürülməsi İsrail hökumətinin regionda sülhün əldə edilməsində iştirak etmək niyyətində olmadığını göstərir”.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib.
Qeyd olunub ki, sözü gedən sui-qəsd hadisəsi Qəzzadakı müharibənin miqyasını genişləndirərək, regional hərbi qarşıdurmaya çevirmək məqsədi daşıyır.
Türkiyə XİN eyni zamanda beynəlxalq ictimaiyyəti İsrailin buna istiqamətlənən fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Nazirlik Türkiyənin bundan sonra da Fələstin xalqının haqlı mübarizəsini dəstəkləyəcəyini açıqlayıb.
Oxşar xəbərlər
İran XİN: Haniyənin qanı hədər getməyəcək
Ostin: ABŞ HAMAS liderinin öldürülməsindən sonra bölgədə gərginliyi azaltmağa çalışacaq
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir
İran: Livanın İsrailə cavab vermək hüququ var
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













