Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir


Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Fələstinin Ankaradakı səfiri Faed Mustafa Fələstinin dövlət agentliyi olan WAFA-ya müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Fələstin lideri Türkiyə parlamentinin sədrindən parlamentdə çıxış etmək üçün rəsmi dəvət alıb. Hazırda diplomatik kanallar vasitəsilə Abbasın çıxış tarixinin müəyyənləşdirilməsi istiqamətində iş görülür.

Fələstin səfiri iki qardaş ölkə və xalq arasında əlaqələrin dərinliyini qeyd edib və Fələstinin hüquqlarının dəstəklənməsi və qorunmasında Türkiyənin mövqeyini yüksək qiymətləndirib.

Oxşar xəbərlər

Fələstin prezidenti Türkiyəyə rəsmi səfər edib
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO
Blinken Mahmud Abbasla görüşüb
Ərdoğan: Mahmud Abbası dəvət etmişik gəlməyib
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər