BCM Taliban liderləri barəsində həbs qərarı çıxarıb
sizinxeber.az xəbər saytı

BCM Taliban liderləri barəsində həbs qərarı çıxarıb


Beynəlxalq Cinayət Məhkəməsi Taliban liderləri barəsində həbs qərarı çıxarıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin saytında bildirilib.

Məlumata görə, Taliban Ali Rəhbəri Heybətullah Axundzadə və Ali Məhkəmənin sədri Əbdül Hakim Həqqani bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.

Sözügedən Taliban rəsmiləri qadınlara qarşı təzyiq göstərməkdə, Əfqanıstan xalqının fundamental hüquq və azadlıqlarını pozmaqda, onları təqib etməkdə, eləcə də bir sıra digər cinayətlərdə günahlandırılır ki, bunlara işgəncə, adamqaçırma, həbs, qətl və təcavüz daxildir.

Qeyd edək ki, Taliban 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyətə gəlib.

Oxşar xəbərlər

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Taliban liderləri haqqında həbs qərarları üçün müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Taliban" liderinin həbsi tələb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Taliban” BMT-nin xüsusi məruzəçisinin Əfqanıstana girişini qadağan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan sərhədçiləri ilə Taliban döyüşçüləri arasında sərhəddə toqquşma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan sərhədçiləri ilə Taliban döyüşçüləri arasında toqquşma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle