Prezident səlahiyyətlərinin Harrisə verilməsi üçün qətnamə hazırlanır
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Nensi Meys prezident səlahiyyətlərinin vitse-prezident Kamala Harrisə verilməsini tələb edən qətnaməni həmkarlarına təqdim etmək niyyətindədir.
Sizinxeber.az xəbər verir ki, o, bununla bağlı məlumatı “X” sosial şəbəkəsindəki şəxsi hesablında paylaşıb.
Meysin sözlərinə görə, əgər yenidən seçilmək planlarından vaz keçən ABŞ prezidenti Co Baydenin zehni qabiliyyəti onun seçkilərdə iştirakına imkan vermirsə, o zaman o, bu postda qala bilməz .
"Sabah mən Kamala Harrisin ABŞ Konstitusiyasına 25-ci düzəlişdən istifadə etməsini və hazırkı prezidentin səlahiyyətlərini öz üzərinə götürməsini tələb edən bir qətnamə təqdim edəcəyəm", - deyə o bildirib
Oxşar xəbərlər
Mayk Conson: Harrisin namizədliyi demokratların seçki perspektivlərini yaxşılaşdırmayacaq
Bayden seçkilərdə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib
Zaxarova Britaniya səfirini XİN-ə çağırılmaqla hədələyib
Polşa XİN Prezident Dudanı bəyanatına görə tənqid edib
Kamala Harris Trampa qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













