sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Miqrantların deportasiyasına kömək etməkdən imtina edən ABŞ rəsmiləri mühakimə olunacaq
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin baş prokurorluğu kimi fəaliyyət göstərən ABŞ Ədliyyə Nazirliyinə, qeyri-qanuni mühacirlərin kütləvi surətdə deportasiyasına köməklik göstərmədikləri təqdirdə yerli məmurları mühakimə etməyi tapşırıb.
APA xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Məlumata görə Tramp administrasiyası bütün ölkə üzrə federal prokurorlara əyalət və yerli məmurları araşdırmaq və potensial olaraq mühakimə etmək göstərişi verib.
Göstərişdə bildirilir ki, prezidentin ABŞ tarixindəki ən böyük kampaniyanı həyata keçirmək planları ilə əməkdaşlıq etməyən məmurlar cəzalandırılacaq.
Oxşar xəbərlər
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Tramp inauqurasiyadan bir gün sonra miqrantları deportasiya etməyə başlayacaq
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Tramp prezidentliyinin ilk günlərində neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
ABŞ hökuməti miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








