Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib
sizinxeber.az xəbər saytı

Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-yə qoşulacağı təqdirdə ölkənin necə görünəcəyini göstərən xəritə dərc edib.

APA xəbər verir ki, ABŞ-nin gələcək lideri həmin xəritəni öz “Truth” səhifəsində dərc edib.

Onun dərc etdiyi xəritədə Kanada və ABŞ eyni rəngə boyanaraq üzərinə Amerika Birləşmiş Ştatları yazılıb.

Qeyd edək ki, bundan əvvəl Tramp bir çox kanadalının öz ölkəsinin ABŞ-ın 51-ci ştatı olmasını müdafiə etdiyini demişdi.

O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.

Kanadanın Baş naziri Castin Trüdo isə ölkənin ABŞ-nin bir hissəsi olması üçün ən kiçik bir şansın olmadığını deyib.

Oxşar xəbərlər

Trüdo Kanadanın ABŞ-yə qoşulma şansı olmadığını deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trüdo Trampa qarşı çıxıb: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp xokkey ustasını Kanadanın baş naziri postuna namizəd olmağa dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanadanın maliyyə naziri və XİN başçısı Tramp administrasiyası ilə məsləhətləşmələr üçün ABŞ-yə gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanadanın baş naziri Trampa xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər