Tramp İraqdan Suriyanın yeni hökumətini dəstəkləməsini istəyib
sizinxeber.az xəbər saytı

Tramp İraqdan Suriyanın yeni hökumətini dəstəkləməsini istəyib


Donald Trampın İraqın baş naziri Məhəmməd Sudaniyə xüsusi mesaj göndərərək, İraqdan Suriyanın yeni hökumətinə dəstək verməsini istədiyi bildirilib.

APA xəbər verir ki, belə bir iddia İraq mətbuatında yer alan bir xəbərdə öz əksini tapıb.

İraq mətbuatında adı açıqlanmayan mənbəyə əsaslanan xəbərə görə Tramp İraqın baş naziri Məhəmməd Sudaniyə xüsusi mesaj göndərib.

Mesajın Trampın nümayəndəsinin gizli səfəri zamanı verildiyini bildirən mənbə, Trampın İraqda dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qrupları zərərsizləşdirmək və bu qrupların fəaliyyətini məhdudlaşdırmaq, İrana bağlı qrupların fəaliyyətini dayandırmaq istədiyini bildirib.

İddiaya görə mesajda həmçinin İraqın Suriya məsələsinə qarışmaması və yeni Suriya hökumətinin qurulması üçün dəstək verilməsini istədiyi bildirilir.

Oxşar xəbərlər

Hizbullah İraq hökumətini Suriyaya qoşun göndərməyə çağırıb
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında 13 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, PKK-nın üç üvzü öldürülüb
Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, 13 terrorçu öldürülüb
İraq Suriya ilə Türkiyəni barışdırmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle